"Payde" - "Zirə" oyununun hakimləri bəlli oldu

13:59 - 18 İyul 2026

UEFA Konfrans Liqası II təsnifat mərhələsinin "Zirə" ilə "Payde" ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Roman Jitari olacaq. Ona yan xətlərdə Viktor Mardari və Andrey Bodean köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.

Qeyd edək ki, "Payde" - "Zirə" qarşılaşması iyulun 23-də Estoniyada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xəbər xətti