Serxio Aquero Lionel Messinin oyununu qeyri-adi bənzətmə ilə tərifləyib.
Sportal.az xəbər verir ki, Aquero "Vamo’ a Juga" podkastında maraqlı fikirlər səsləndirib:
“Biz artıq kənardan baxırıq, o isə 39 yaşında 20 yaşlı futbolçu kimi oynayır. Heç kim və heç vaxt onunla müqayisə oluna bilməz. İllər keçəcək, amma nə biz, nə də övladlarımız onun kimi futbolçu görəcəyik. Messi meydanda əsl porno ulduzudur, hamını darmadağın edir”.
Qeyd edək ki, Messi hazırkı dünya çempionatında keçirdiyi 7 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, bombardirlər yarışına başçılıq edir və eyni sayda qola malik Kilian Mbappeni məhsuldar ötürmələrin sayına görə qabaqlayır.
saytlarin hazirlanmasi
