Kilian Mbappe Maykl Oliseni "Real"a keçməyə razı salmağa çalışır.
Sportal.az xəbər verir ki, DÇ-2026 zamanı Mbappe "Bavariya"nın cinah oyunçusuna Madrid klubunun ona ehtiyacı olduğunu və onu transfer etmək istədiyini bildirib. O, həmçinin Olise ilə birlikdə “Real”da uğurlu tandem yarada biləcəklərini deyib və Madrid şəhərinin həyat tərzi, restoranları və isti iqlimi barədə müsbət fikirlər səsləndirib.
Fransanın yarımfinalda İspaniya yığmasına 0:2 hesabı ilə uduzmasından sonra Mbappe “Real”ın prezidenti Florentino Perezə Olisedən müsbət siqnallar aldığını çatdırıb.
Bildirilir ki, Olisenin “Real"a keçmək istəyinin əsas səbəbi UEFA Çempionlar Liqasını qazanmaq arzusudur. Futbolçu hesab edir ki, bu turnirdə qalib gəlmək şansı Madrid klubunda “Bavariya” ilə müqayisədə daha yüksəkdir.
Bununla belə, “Real" hələlik “Bavariya” ilə rəsmi danışıqlara başlamayıb. Qeyd olunur ki, iyun ayında Florentino Perez və Herbert Hainer klubların bir-birinin futbolçularını əvvəlcədən xəbərdarlıq etmədən transfer etməməsi barədə razılığa gəliblər.
saytlarin hazirlanmasi
