Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, Kurban Berdiyeevin rəhbərlik etdiyi kollektiv Türkiyə təmsilçisi "Iğdır" ilə qarşılaşacaq. Matç 31 iyul tarixində keçiriləcək.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində iki hazırlıq oyunu keçirib. Qərb bölgəsi təmsilçisi İranın U-21 millisi ilə və "Fatih Karagümrük"lə üz-üzə gəlib. Hər iki qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
saytlarin hazirlanmasi
