"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi "Iğdır"laa üz-üzə gəlib. Qarşpılaşma Kurban Berdiyevin yetirmələrinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu Jo Batista vurub.
Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Türkiyədə iki hazırlıq görüşü keçirib. Komanda İranın U-21 millisi və "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə edib.
saytlarin hazirlanmasi
