Joao Palinya karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə "Aston Villa" maraqlanır. Bild nəşrinin məlumatına görə, "Bavariya" futbolçunu satmağa hazırdır.
Lakin Münhen təmsilçisi Palinya üçün 25 milyon avro tələb edir. Bu məbləğ həm “Aston Villa”, həm də futbolçu ilə maraqlanan "Sportinq" və "Benfika" üçün yüksək hesab olunur.
Bundan əlavə, maraqlı tərəflər mümkün icarə və sonradan satınalma hüququ və ya öhdəliyi ilə bağlı da hələ razılığa gələ bilməyiblər.
Portuqaliyalı futbolçu Almaniyada ildə təxminən 8,5 milyon avro maaş alır. Onun “Bavariya” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Palinya ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirib. O, Premyer Liqada 33 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib və 8 sarı vərəqə alıb.
saytlarin hazirlanmasi
