Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin geniş iclasında qadınlardan ibarət millimizin Avropa çempionatına hazırlığı əsas müzakirə mövzusu olub.
Sportal.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbovla federasiya rəhbərliyi avqustun 21-də başlayacaq qitə birinciliyinə hazırlaşan yığmamızın məşqini izləyiblər.
İclasda milli komandanın hazırlıq proqramı ilə yanaşı, yarışın təşkili, logistika, marketinq, media, könüllülər və bilet satışı üzrə görülən işlər nəzərdən keçirilib.
Sabahdan Milli Gimnastika Arenasında quraşdırma işlərinə başlanılacaq və kompleks həm Avropa çempionatının oyunları, həm də millimizin məşqləri üçün hazırlanacaq.
saytlarin hazirlanmasi
