Mövsümə uğursuz başlayan "Hamburq" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə çalışır
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin əsas hədəfi "Real"dan ayrılan David Alabadır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Hamburq" hazırda azad agent statusunda olan avstriyalı mərkəz müdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, David Alaba 2021-ci ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra "Real"a keçib. 34 yaşlı futbolçu 2025/26 mövsümündə "kral klubu"nun heyətində 16 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
