Prezident İlham Əliyev veteran futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sportal.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Xatırladaq ki, sabah Cavadovun 70 yaşı tamam olacaq.
saytlarin hazirlanmasi
