"Sabah"dan ayrılan hücumçu Slovakiya klubunda

19:35 - 19 Sentyabr 2026

"Sabah"dan ayrılan Pavol Safrankonun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, slovakiyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.

Slovakiyalı forvard "DAK-1904"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Pavol Safranko 2024-2026-cı illərdə "Sabah"da çıxış edib.

Xəbər xətti