"Kəpəz" U-19 millisi ilə heç-heçə etdi

14:13 - 2 Oktyabr 2026

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu Azərbaycanın U-19 millisi ilə üz-üzə gəlib. Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

"Kəpəz"in qollarını Turqut Mustafazadə və Şakir Seyidov vurub. 

Xəbər xətti