"Qarabağ"ın yarımmüdafiəçisi Latviyaya qarşı oynadı

21:58 - 2 Oktyabr 2026

UEFA Millətlər Liqasında III turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, C Liqasında Latviya milli komandası doğma meydanda Monteneqronu qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 9-a yüksəldən Monteneqro seçməsi qrupun lideridir. 1 xalı olan Latviya isə sonuncu yerdədir.

Monteneqro millisinin heyətində "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də bu matçda iştirak edib. Start heyətində meydana daxil olan 31 yaşlı futbolçu 61-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti