Almaniya millisinin müdafiəçisi "Mançester Yunayted"ə keçə bilər

10:23 - 3 Oktyabr 2026

"Leyptsiq"in müdafiəçisi David Raum karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.

Raum Premyer Liqa nəhənginə keçməyə isti yanaşır. Klubu mövsümün sonunda müqaviləsi başa çatan 28 yaşlı sol cinah müdafiəçisini 35 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, "Leyptsiq" David Raumu 2022-ci ilin yayında "Hoffenhaym"dan 26 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti