Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

14:28 - 6 Oktyabr 2026

Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas istefaya göndərilib.

Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Edqaras Yankauskas 2023-cü ilin fevralından Litva yığmasını çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqası D Liqasının IV turanda Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olub.

Xəbər xətti