Rəşad Eyyubov: "Çətin tsikl keçirdik"

21:22 - 6 Oktyabr 2026

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması üzərində qazanılan qələbədən (3:0) sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, yığma komandamızın qalibiyyətini bu cür şərh edib: 

“İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin tsikl keçirdik. Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik. Bu günkü reallıqda bu, yaxşı nəticədir. Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik. Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi”.

Xəbər xətti