Premyer Liqanın ən yüksək maaş alan baş məşqçisi

22:05 - 7 Oktyabr 2026

Mikel Arteta “Arsenal”la yeni müqavilə imzaladıqdan sonra maaşında əhəmiyyətli artım əldə edib.

Sportal.az xəbər verir ki, baş məşqçi bu gün London klubu ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.

“The Times”ın məlumatına görə, yeni dördillik müqavilə ispaniyalı mütəxəssisi İngiltərə Premyer Liqasının ən yüksək maaş alan baş məşqçisinə çevirib.

Artetanın illik qazancı bundan sonra 25 milyon funt təşkil edəcək. Maaşın əsas hissəsi təxminən 20 milyon funtdur, həmçinin əldə olunan nailiyyətlərə görə bonuslar da nəzərdə tutulub.

Mikelin əvvəlki müqaviləsinin bitməsinə daha bir il qalırdı. Həmin müqaviləyə əsasən, bonuslar daxil olmaqla onun ümumi illik qazancı 15 milyon funt təşkil edirdi.

Arteta İngiltərənin dörd yüksək divizionunda hazırda çalışan baş məşqçilər arasında öz postunda ən uzun müddətdir fəaliyyət göstərən mütəxəssisdir. O, 2019-cu ilin dekabrında “Arsenal”ın baş məşqçisi təyin olunub.

Ötən mövsüm “topçular” ispaniyalı mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasının çempionu olublar.

Xəbər xətti