"Qalatasaray" Türkiyədə oynamış forvardla maraqlanır

13:47 - 8 Oktyabr 2026

ABŞ milli komandasının hücumçusu Hacı Rayt Türkiyəyə geri qayıda bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard “Qalatasaray”ın maraq dairəsindədir. 

İstanbul təmsilçisi “Koventri”nin hücumçusunu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. 

“Cim-bom” Viktor Osimhenlə rəqabətə girə biləcək forvard axtarışındadır. “Porto”dan icarəyə götürülmüş Deniz Gülün performansından razı qalmayan “Qalatasaray” yayda Hacı ilə anlaşmaq istəyir. Onun “Koventri” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Amerikalı forvard “Şalke”, “Sandhauzen”, “Venlo”, “Antalyaspor” klublarında çıxış edib.
 

Xəbər xətti