Azərbaycan klubu “Turan Tovuz”un 16 qol vuran bombardirini istəmədi

19:18 - 8 Oktyabr 2026

"Turan Tovuz"un sabiq futbolçusu Runi Evanın karyerasını yenidən Azərbaycanda davam etdirmək imkanı olub.

Sportal.az xəbər verir ki, Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

29 yaşlı hücumçu yayda, daha dəqiq desək, iyul ayında agentlər vasitəsilə "İmişli"yə təklif olunub. Lakin bölgə klubu Kamerun əsilli futbolçunun xidmətində maraqlı olmadığını bildirib.

Özünə komanda tapmaqda çətinlik çəkən Runi Eva sonda Kiprin II liqa təmsilçisi "İraklis Gerolakkou" ilə bir mövsümlük müqavilə imzalayıb.

2022/23 mövsümündə "Turan Tovuz"un heyətində 32 çempionat matçında 16 qol vuran forvard sonrakı dönəmdə çıxış etdiyi 5 klubda cəmi 4 dəfə fərqlənib.

Runi Eva Azərbaycanı tərk etdikdən sonra Bolqarıstan, Çin, İran və Albaniyada (2 klub) legioner həyatı yaşayıb

Xəbər xətti