"Neftçi" "Sabah"la oyunun hazırlığını başa vurdu - FOTOLAR

19:37 - 8 Oktyabr 2026

"Neftçi" Misli Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığı başa çatıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

“Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” görüşü oktyabrın 9-u saat 19:30-da başlanacaq.

Qeyd edək ki, matçın biletlərini “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.


Xəbər xətti