Tarixi qələbə FIFA reytinqinə təsir etdi

19:55 - 8 Oktyabr 2026

Çin üzərində qazanılan tarixi qələbədən sonra Tacikistan yığmasının dünya reytinqindəki mövqeyini dəyişib.

Sportal.az xəbər verir ki, ​FIFA reytinqinin yeni versiyasına əsasən, Asiya təmsilçisi bir pillə irəliləyərək dünya reytinqində 100-cü yeri tutur. Komandanın aktivində 1218,88 xal var.

​Reytinqdəki bu yüksəliş oktyabrın 6-da yoldaşlıq oyununda Çin millisi üzərində 1:0 hesabı ilə qazanılan qələbədən sonra baş verib. Matçın yeganə qolunu 53-cü dəqiqədə Vəhdət Hanonov vurub.

Bu qələbə Tacikistan üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, komanda bundan əvvəl heç vaxt Çini məğlub etməmişdi. Oktyabrın 6-da keçirilən qarşılaşmaya qədər iki ölkə yığmalarının oyunlarında taciklər 2 heç-heçə və 3 məğlubiyyət almışdılar.

Qeyd edək ki, Tacikistan seçməsi sentyabrın 23-də Bakıda millimizə 0:1 hesabı ilə uduzmuşdu.

Xəbər xətti