Türkiyə Super Liqasında VII turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turun ilk matçında "Qalatasaray" doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb. 65-ci dəqiqədən sonra 10 nəfər qalan "Qalatasaray" son dəqiqələrdə vurduğu 2 qolla 3:1 hesablı qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, "Qalatasaray" 16 xalla ilk pillədə, "Kasımpaşa" isə 10 xalla 9-cu sırada yer alıb.
Türkiyə Super Liqası
VII tur
"Qalatasaray" - "Kasımpaşa" 3:1
Qollar: A.Bardakçı,45, B.Yılmaz,90, Lemina,90+6, - Rak-Sakyi,68
saytlarin hazirlanmasi
