PSJ "Atletiko"ya 70 milyon avro ödəməyə hazırdır

10:16 - 10 Oktyabr 2026

"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə ​"El Nacional" nəşri məlumat yayıb.

Paris nəhəngi 23 yaşlı orta xətt oyunçusu üçün 70 milyon avroluq təklif göndərməyə hazırdır.

Qeyd edək ki, Pablo Barrios 2017-ci ildə "Real"ın akademiyasından "Atletiko"ya keçib. İspaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti