İtaliyanın "Yuventus" klubu Niko Qonsalesin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.
Argentina milli komandasının üzvü ilə 2030-cu ilin 30 iyun tarixinədək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Niko Qonsalesi 2024-cü ilin yayında "Fiorentina"dan transfer edib. 28 yaşlı vinger cari mövsümdə "Turin" təmsilçisinin heyətində meydana çıxdığı beş rəsmi matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
