Serbiya millisi Millətlər Liqasının V turunun Almaniyaya qarşı ev oyununu azarkeşsiz keçirəcək.
Sportal.az xəbər verir ki, UEFA bu qərarı azarkeşlərin Yunanıstanla matçda (1:2) törətdiyi insidentləri araşdırdıqdan sonra qəbul edib.
Serbiya Futbol İttifaqı azarkeşlərin irqçi və diskmirminasiya xarakterli davranışı, idman tədbirinə uyğun gəlməyən şüarların nümayiş etdirilməsi, pirotexnika və digər əşyalardan istifadə olunması, həmçinin tamaşaçıların meydançaya qaçması bəndləri üzrə təqsirli bilinib.
UEFA hər bir pozuntu bəndi üzrə cərimə sanksiyaları tətbiq edib. Bundan əlavə, Serbiya yığmasının noyabrın 13-də Almaniyaya qarşı növbəti ev oyununu boş tribunalar önündə keçirməsi öhdəliyi qoyulub.
Serbiya Futbol Federasiyası Niderlandla səfər matçında (1:2) azarkeşlərin davranışı səbəbindən də ayrıca cəzalandırılıb. UEFA qurumu cərimələyib və azarkeşlərə bir səfər oyunu üçün bilet satışını qadağan etmək barədə qərar çıxarıb. Lakin bu qadağanın icrası iki illik sınaq müddətinə təxirə salınıb. Bu o deməkdir ki, göstərilən dövr ərzində analoji pozuntular təkrarlanacağı təqdirdə sanksiya qüvvəyə minəcək.
saytlarin hazirlanmasi
