Cüdoçumuz gümüş medal qazandı - dünya çempionatı

19:07 - 10 Oktyabr 2026

Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan idmançısı Uşanqi Kokauri final görüşünə çıxıb.

Millimizin üzvü həlledici qarşılaşmada  rusiyalı İnal Tasoyevlə üz-üzə gəlib. Kokauri rəqibinə məğlub olub və mundialda gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.

Xəbər xətti