Azərbaycanlı boksçu Avropa çempionu oldu

16:46 - 11 Oktyabr 2026

Azərbaycan boksçusu Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, (57 kq) azərbaycanlı idmançı finalda Aliya İbrahimiyə (Almaniya) qalib gəlib. 

Hər 3 raundu xeyrinə bitirən Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib. 

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Xəbər xətti