Millimizin hücumçusu sonradan oyuna daxil olsa da...

23:32 - 11 Oktyabr 2026

Ukraynada Premyer Liqanın 8-ci turunun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” doğma meydanda “Polesye” ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Dadaşov komandasının 2:1 hesabı ilə öndə olduğu 66-cı dəqiqədə meydana daxil olub.

Hazırda “Bukovina” 8 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti