"Liverpul"un sabiq kapitanı Stiven Cerrard komandanın aparıcı üzvü olan Florian Virtzin performansını tənqid edib.
Sportal.az xəbər verir ki, Cerrard alman alman yarımmüdafiəçinin İngiltərə klubuna qoşulduqdan bəri özünəinam problemlərindən danışıb:
"Onun gözləniləndən daha zəif oynadığını düşünürəm. Üstəlik, transfer qiymətini nəzərə alsaq, daha çox şey görməli olduğumuzu da inkar etmirəm. Bununla belə, inanıram ki, onun hələ də vəziyyəti dəyişmək şansı var. Əvvəllər də oyunçuların oxşar çətinliklərin öhdəsindən gəldiyini görmüşük. Virtzin vəziyyəti dəyişmək istedadı var, amma mənim fikrimcə, onun "Liverpul"dakı özünəinam sıfır səviyyəsindədir. Onu şəxsən izlədikdə bu, nəzərə çarpır. O, adətən belə səhvlərə yol verməyəcəyi sadə vəziyyətlərdə belə topu itirir".
saytlarin hazirlanmasi
