Türkiyənin Trabzon şəhərində keçiriləcək boks üzrə U-15 Avropa çempionatında yarışacaq Azərbaycan idmançılarının adları açıqlanıb.
Sportal.az xəbər verir ki, ölkəmiz qitə birinciliyində 21 boksçu ilə təmsil olunacaq.
Rinqə Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq), Hüseyn Aydəmirli (+90 kq), Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) çıxacaqlar.
Oktyabrın 18-dən 25-dək təşkil olunacaq yarışda Stanislav Krılov və Məsməxanım Səlimova hakimlik edəcəklər.
saytlarin hazirlanmasi
