"Beşiktaş"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin kapitanı Orkun Kökçü sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli yarımmüdafiəçi UEFA Avropa Liqası Liqa mərhələsinin II turunun "Hoffenhaym"la səfər matçında (3:2) sağ ayağının dabanından zədə alıb. 25 yaşlı futbolçu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü 2025-ci ilin yayında "Benfika"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
