UEFA-nın rəsmi saytında Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Sabah”ın “Slaviya”(Praqa) üzərində 2:0 hesablı qələbə qazandığı görüşdə Azərbaycan çempionunun cinah oyunçusu Kahim Parrisin vurduğu tarixi qol qeyd edilib.
Sportal.az xəbər verir ki, bu hadisə 2-ci turun "həftənin qiymətsiz anları” siyahısına daxil edilib:
“Kahim Parris Azərbaycan komandasının yarışın əsas mərhələsindəki ilk qolunu - və Çempionlar Liqası karyerasının ilk qolunu vuraraq "Sabah" üçün tarix yazdı. Onun cərimə meydançasının kənarından vurduğu dəqiq zərbə sol alt küncdən gəldi. "Sabah" "Qarabağ"ın 2025/2026 mövsümündə qazandığı üç qələbədən sonra Çempionlar Liqasının əsas mərhələ matçında qalib gələn ikinci Azərbaycan klubu oldu".
saytlarin hazirlanmasi
