“Bu xəbərləri yaylanlar bizi istəməyən, klubumuzu gözü götürməyən insanlardır”

14:54 - 18 Oktyabr 2026

"Son vaxtlar klubumuzla bağlı yayılan xəbərlərin hamısı yalandır, boş-boş şeylərdir".

Sportal.az xəbər verir ki, bu sözləri "Sportinfo.az"-a açıqlamasında "Şəfa"nın vitse-prezidenti Əfran İsmayılov deyib.

"Ağ-göylər"in funksioneri onlara sponsorluq edən "My Group"un üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib:

"Bu baxımdan bizim heç bir problemimiz yoxdur. Ay futbolçunu oteldən çıxardılar… Ay komandanın maaşı gecikdirildi…

Bunlar dezinformasiyadır. Açığı, mən belə xəbərlərə daha fikir vermirəm.

Heç vaxt belə hal olmayıb. Futbolçuların, məşqçilərin, inzibatçıların özlərindən də həqiqəti soruşa bilərsiz.

Bu xəbərlər haradan çıxır, maraqlıdır. Ola bilər, bu xəbərləri yaylanlar bizi istəməyən, klubumuzu gözü götürməyən insanlardır.

Biz belə boş adamlara fikir vermirik. Yolumuzu davam etdiririk. Qarşımıza məqsəd qoymuşuq, ona çatmaq istəyirik.

İnşallah, yaxın gələcəkdə daha böyük, daha perspektivli layihələr görmək istəyirik".

Xəbər xətti