PSJ UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Barselona"nı 4:2 hesabı ilə məğlub etdiyi matçda ciddi itkilkərlə üzləşib.
Sportal.az xəbər verir ki, qarşılaşmada Fransa nəhənginin üç əsas oyunçusu sıradan çıxıb.
Müdafiəçi Makinyos, vinger Xviça Kvaratsxeliya və hücumçu Usman Dembele zədələnib. Onlar oyunun gedişində əvəzləniblər.
Dembele əzələ zədəsi alıb. Fransalı forvard bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Xviçanın zədəsi daha ciddidir. Gürcüstanlı futbolçunun sağ dizinin ön çarpaz bağında yırdıq aşkarlanıb. 25 yaşlı oyunçu təxminən 9-10 ay komandaya kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi
