İstanbul derbisinin hakimləri açıqlandı

15:30 - 22 Oktyabr 2026

Futbol üzrə Türkiyə Super Liqasında IX həftənin təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, turun mərkəzi görüşü "Qalatasaray"la "Fənərbaxça" arasında baş tutacaq.

İstanbul derbisini Atilla Karaoğlan idarə edəcək. Ona yan xətlərdə Ceyhun Sesigüzel ilə Süleyman Özay köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Abdullah Buğra Taşkınsoy yerinə yetirəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması oktyabrın 26-da Ali Sami Yen İdman Kompleksində keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xəbər xətti