"Fiorentina”, “İnter”, “Milan” kimi klubları çalışdırmış Stefano Pioli A Seriyasına qayıtmağa hazır olduğunu açıqlayıb.
Sportal.az "Corrierre dello Sport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis İtaliyada işləmək niyyətindədir:
"Xaricə köçməyi düşünürəm, amma İtaliyada qalmaq istəyirəm. Burada öz dəyərimi sübut etmək istəyirəm. Xaricdən çoxlu təklif almışam, amma İspaniya, İngiltərə və ya Fransadan yox. İtaliyadan bir neçə təklif almışam, amma ciddi bir təklif yox idi.
Bəli, son təcrübəm uğursuz oldu, amma özümü gənc hiss edirəm və hələ də böyük şeylərə qadirəm. İki qələbə kifayətdir və siz artıq siyahıdan silinmiş məşqçi deyilsiniz".
