Millimizin üzvü oynadı, komandası qalib gəldi - VİDEO

13:37 - 25 Oktyabr 2026

Cənubi Koreya çempionatında 33-cü turun matçları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Gimçeon Sangmu"nun qonağı olub və rəqibinə 2:1 qalib gəlib.

Krivotsyuk da bu matçda meydana çıxıb. 26 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər meydanda olub.

Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Daejeon” 33 turdan sonra çempionatın ilk mərhələsini üçüncü pillədə başa vurub.

Qeyd edək ki, reqlamentə əsasən ilk "altılıq"da qərarlaşan komandalar mövsümün ikinci hissəsində, 10 tur ərzində medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər xətti