Azərbaycan Andorraya qalib gəldi, Avstraliya önünə çıxacaq

13:59 - 25 Oktyabr 2026

Bakıda FİFA U-15 dünya çempionatı və Festivalı davam edir.

Sportal.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan milli komandası AF qrupunda iki oyundan birini keçirib. 

Yığma komandamız Andorranı (1:0) məğlub edib. Famil Xəlilovun komandası 19:30-da Avstraliya önünə çıxacaq.

Xatırladaq ki, dünən Azərbaycan millisi Timor-Leşteyə (6:0) qalib gəlib.

Sabah Azərbaycan İsrail (saat 11:30) və Haiti (saat 18:15) ilə qarşılaşacaq.

Birinci turdan sonra turnir cədvəli: Avstraliya və Azərbaycan - hər biri 3 xal, İsrail və Andorra - hər biri 1 xal, Haiti və Timor-Leşte - hər biri 0 xal.

Xəbər xətti