"Real"ın hücumçusu Kilian Mbappe özü haqqında yayılan məşhur internet "mem" barədə danışarkən Çinin keçmiş lideri Mao Zedunu "diktator" adlandırdığına görə beynəlxalq qalmaqalın mərkəzində qalıb.
Sportal.az xəbər verir ki, fransalı futbolçu faktiki olaraq Uzaq Şərq ölkəsində qadağa ilə üzləşib. Vəziyyət o həddə çatıb ki, bir sıra iri televiziya kanalları Çində La Liqa oyunlarının yayımını dayandırıb.
Məsələ o qədər ciddi xarakter alıb ki, Mbappenin şəxsən üzr istəməsi kifayət hesab edilməyib və nəticədə "Real" rəsmi bəyanat yaymaq məcburiyyətində qalıb. Klub bəyanatda Çindən üzr istəyib:
"'Real" Futbol Klubu, oyunçumuz Kilian Mbappenin son açıqlamaları ilə Çin xalqına qarşı yarana biləcək hər hansı bir incikliyə görə üzr istəyir.
Klubumuz Çinə - onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də "Real"a dərin sevgi və heyranlıq bəsləyən milyonlarla çinli azarkeşə böyük hörmətlə yanaşır.
Klub Kilian Mbappenin öz sözlərinə görə peşmanlığını ifadə etdiyi və Çin xalqına olan hörmətini bir daha vurğuladığı ictimai üzr bəyanatına qoşulur.
"Real" hörmət, birgə yaşayış və mədəniyyətlərarası anlaşma dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir, həmçinin klubla Çin və onun vətəndaşları arasındakı dostluq və sevgi bağlarını daha da möhkəmləndirmək arzusunu ifadə edir".
saytlarin hazirlanmasi
