"Espanyol" baş məşqçi Manolo Qonsaleslə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Çempionatda uğursuz mövsüm keçirən Kataloniya təmsilçisi ölkə kubokunun 1/32 final mərhələsində IV Divizion klubu "Sestao"ya 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Manolo Qonsales 2024-cü ilin martında "Espanyol"un baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda La Liqada 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
