İspaniya Superkubokunun oyunları 2027-ci ildə Azərbaycanda təşkil oluna bilər.
Sportal.az xəbər verir ki, Futbol üzrə audiovizual hüquqların gələcəyi, yeni auditoriyaların cəlb edilməsi və yarışların beynəlxalq miqyasda genişlənməsi "Marca" və DAZN tərəfindən təşkil olunmuş "İdman yayımlarının gələcəyi" adlı tədbir çərçivəsində keçirilən "Futbol: Qlobal auditoriya uğrunda necə mübarizə aparılır?" paneli zamanı müzakirə edilən əsas mövzulardan olub.
Diskussiyada DAZN-ın Hüquqlar üzrə rəhbəri Martin Pardo və İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde iştirak edib. Tədbirdə həm yarışlar, həm də platformalar üçün yaranan yeni biznes imkanlarını təhlil edilib.
Ən diqqətçəkən açıqlamalardan birini İspaniya Superkubokunun gələcəyinə və gəlirlərin artırılması imkanlarına toxunan Manuel Lalinde verib. O, 2027-ci il turniri üçün Səudiyyə Ərəbistanına alternativ məkan tapmaq zərurətinin böyük beynəlxalq maraq oyatdığını açıqlayıb. Lalindenin sözlərinə görə Asiya Kuboku ilə Superkubokun vaxtının üst-üstə düşməsi yeni məkan axtarışını məcburi edib. Qurum rəsmisi bildirib ki, Azərbaycan və bir neçə başqa ölkə turnirə ev sahibliyi etmək istəyir:
"Göstərilən marağın səviyyəsi və aldığımız təkliflər bizi çox təəccübləndirdi. ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər almışıq".
saytlarin hazirlanmasi
