Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovina çempionu “Buba Mara” ilə qarşılaşıb. Fasiləyə qədər tərəflər hərəyə bir dəfə fərqlənib. İkinci hissədə “qırmızı-ağlar” hesabı xeyrinə dəyişsə də, üstünlüyünü qoruya bilməyib. Xüsusilə də matçın sonlarına yaxın buraxılan qollar “Araz-Naxçıvan”ın məğlubiyyətini rəsmiləşdirib.
Komandamızın heyətində Oktay Rüstəmli, Murad Quluzadə və Kənan Manafov fərqləniblər. İlk görüşdə “Uypest”i məğlub edən futzalçılarımız oktyabrın 30-da Polşanın “Piast” kollektivi ilə qarşılaşacaq.
Buba Mara (Bosniya və Herseqovina) – Araz-Naxçıvan (1:1) 5:3
UEFA Çempionlar Liqası. Əsas mərhələ. V qrup
28 oktyabr. Qlivice. “Prezero Arena”. Saat 17:30
Hakimlər: İqor Yaçevic (Latvia), Viktor Chaix (Fransa), Daniele Dadamo (San Marino)
Timekeeper: Dominik Lorke (Polşa)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna)
Qollar: Periç, 0:14, Kadiç, 26:02, Qosto, 29:28, Bundaviça, 30:34, S. İbrisimoviç, 37:34 // O. Rüstəmli, 7:21, M. Quluzadə, 25:23, K. Manadov, 38:26
saytlarin hazirlanmasi
