Azərbaycan milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, oktyabrın 28-də Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Cəbəllütariq yığmasını 5:1 hesabı ilə məğlub edib. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə dubla imza atıb, Qafar Babayev, Müşfiq Zamanov və Yusif Əlizadə isə hərəyə bir qol vurublar.
Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri də izləyiblər. Qarşılaşmadan sonra AFFA rəhbərliyi komanda üzvlərini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti oyununu oktyabrın 29-da saat 11:30-da Hövsan Yarış Kompleksində Mozambik yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi
