Azərbaycanlı qapıçı Eldar Tağızadə formasını geyindiyi “Bistritsa” Sloveniya aşağı liqasında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, onun komandası bu gün Sloveniya İkinci Liqasının 12-ci turunda səfərdə "Yesenitse”ni səfərdə 3:1 məğlub edib.
Eldar bu görüşə start heyətində çıxıb və sona qədər meydanda olub.
"Bistritsa" hazırda 20 xalla dördüncü yerdədir. Tağızadə hazırda "Bistritsa"da icarə əsasında çıxış edir. O, "Barselona"ya məxsusdur.
