"Mançester Yunayted" mərkəz hücumçusunu heyətinə qatmaq istəyir

22:01 - 29 Oktyabr 2026

“Mançester Yunayted” yanvar ayında yeni mərkəz hücumçusu transfer etmək istəyir.

Sportal.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin maraq dairəsinə düşən futbolçulardan biri “Lids”in hücumçusu Dominik Kalvert-Lyuindir.

29 yaşlı ingiltərəli futbolçu bir müddətdir “Mançester Yunayted”in diqqət mərkəzindədir. Klubun skautları onun qış transfer pəncərəsində transferinin mümkün olub-olmadığını araşdırırlar.

Bununla belə, “Lids”in futbolçunu satmaq niyyətində olmadığı və onunla müqaviləni uzatmaq istədiyi bildirilir. Hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Kalvert-Lyuin cari Premyer Liqa mövsümündə keçirdiyi 8 oyunda 4 qol vurub. O, İngiltərə çempionatının ötən mövsümündə isə 35 qarşılaşmada 14 dəfə fərqlənib.

Is this conversation helpful so far?

Xəbər xətti