Ronaldodan het-trik - 15 qol qaldı

00:04 - 30 Oktyabr 2026

Kriştiano Ronaldo karyerasında 1000 qol həddinə yaxınlaşıb.

Sportal.az xəbər verir ki, bu gün “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Xulud”la keçirilən qarşılaşmada (5:3) het-trik edib. Bunlar portuqaliyalı futbolçunun karyerasında vurduğu 983-cü, 984-cü və 985-ci qollar olub.

Beləliklə, 41 yaşlı futbolçunun 1000 qol həddinə çatması üçün daha 15 dəfə fərqlənməsi lazımdır.

Kriştianonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Xəbər xətti