Azərbaycan yığması bu gün FIFA U-15 dünya çempionatı və festivalının C səviyyəsində son oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, U-15 yığmamız 83-cü yer uğrunda Əfqanıstanla qarşılaşacaq. Oyun saat 11:30-da başlayacaq və Bakıdakı Hövsan Yarış Kompleksində keçiriləcək.
Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv bu görüşdə məğlub olacağı təqdirdə turniri 84-cü pillədə başa vuracaq.
Qeyd edək ki, Azərbaycan AF qrupunda Timor-Leşte (6:0), Andorra (1:0), Avstraliya (1:3), İsrail (3:1) və Haiti (0:4) ilə, daha sonra isə C səviyyəsində Çili (1:3), Cəbəllütariq (5:1), Mozambik (4:1) və Vyetnam (2:4) ilə oynayıb.
