"Mançester Yunayted"in yarımmüdafiəçisi Yuri Tilemans komandanın uğursuz dövrünü şərh edib.
Sportal.az xəbər verir ki, belçikalı futbolçu nəticələrə görə məsuliyyəti yalnız məşqçilər korpusunun deyil, futbolçuların da daşımalı olduğunu deyib:
"Məsələ təkcə məşqçidə deyil. Zəif nəticələrə görə bütün günahı baş məşqçinin üzərinə yıxmamalıyıq. Bu, həm də bizim məsuliyyətimizdir. Ümid edirəm ki, ötən həftədən sonra daha güclü olacağıq. Düşünürəm ki, ötən həftə həm bizim oyunçular, həm də bütövlükdə klub üçün çox neqativ keçdi. Çünki iki məğlubiyyət aldıq. Hər şeyi düzəltmək istəyirik".
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 8 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Çempionlar Liqasında isə 3-cü turun yekunlarına əsasən komanda 3 xalla 20-ci yerdədir.
saytlarin hazirlanmasi
