"İnter Mayami"nin futbolçusu Lionel Messi gələn ilin yanvarında klubunu dəyişə bilər.
Sportal.az "Estadio 3" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu karyerasına başladığı doğma klubu "Nyuells Old Boyz"a geri qayıtmağa yaxındır.
"Qızıl top"un dəfələrlə qalibi olmuş Messi karyerasını başladığı Rosario təmsilçisinə keçidə razıdır.
Argentina millisinin sabiq üzvünün transferinin 2027-ci ilin yanvarında, ölkəsində yeni futbol mövsümünün startı ərəfəsində rəsmiləşə biləcəyi gözlənilir.
Təcrübəli futbolçunun "İnter Mayami" ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin dekabrınadək nəzərdə tutulub.
Bununla belə, doğma klubunun Messiyə ciddi maraq göstərməsi onun MLS-dən daha əvvəl ayrılmasına səbəb ola bilər.
Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"nin formasını geyinir. Bu müddət ərzində argentinalı futbolçu ABŞ klubunun əsas aparıcı qüvvəsinə çevrilib. O, bütün turnirlərdə 122 rəsmi oyunda meydana çıxaraq 106 qol vurub və 58 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
