Harri Keyn “Qızıl top” mükafatını azarkeşlərə təqdim edib. “Bavariya”nın hücumçusu Harri Keyn bazar ertəsi “France Football” nəşrinin versiyasına görə ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, Keyn Bundesliqanın 8-ci turunda “Borussiya"(Dortmund) ilə keçirilən ev oyunundan əvvəl mükafatını stadionda azarkeşlərə nümayiş etdirib. (İlk hissə – 0:0)
Mərasim zamanı qonaq komandanın azarkeşləri yüksək səslə fit çalıblar.
“Bavariya”nın baş direktoru isə Keynə müraciətlə etdiyi çıxışda bildirib: “Sənə təşəkkür edirik. Dortmund azarkeşlərinə də.”
saytlarin hazirlanmasi
