"Montsa"nın hücumçusu Qustavo Varela Avropanın bir neçə klubunun diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, "Barselona", "Napoli", "Arsenal" ve "Yuventus" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu Varelanı satmağın əleyhinə deyil. Onlar 21 yaşlı forvardın satışından 25-20 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.
Qeyd edək ki, "Montsa" Qustavo Varelanı mövsümün əvvəlində "Benfika"dan 2,5 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
